Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon nümayəndəliyində seminar-müşavirə təşkil olundu

06.03.2017

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Bərdə rayon nümayəndəliyində seminar-müşavirə təşkil olundu.

 

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Bərdə rayon Mədəniyyət Mərkəzində Mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirildi. Seminar müşavirənin gündəliyində dövr ərzində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu. Cari ay ərzində görüləcək işlərdən söz açılaraq mədəni -kütləvi tədbirlərin, konsert proqramlarının və sair işlərin təşkil olunması müzakirə olundu. Müşavirədə 8 Mart Beynəlxalq Qadınlar bayramı, Beynəlxalq Novruz bayramı ilə əlaqədar Bərdə rayonunda mədəni- kütləvi tədbirlərin təşkili haqqında, həmçinin 31 mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar tədbirlərin təşkil olunması haqqında geniş çıxışlar edilib.

 

Seminar-müşavirədə çıxış edən Regional İdarənin Bərdə rayon nümayəndəliyi üzrə məsləhətçisi- Validə Nabatova müşavirə iştirakçılarını salamladı. Daha sonra Validə xanım qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə Regional İdarənin rəisi İlyas Hacıyevin adından başda Azərbaycanın birinci xanımı, vitse-prezident Mehriban xanım Əliyeva olmaqla bütün Azərbaycan xanımlarına olan təbriklərini çatdırdı. Çıxışına davam edən Validə xanım mart ayının bayramlar ayı olmasından söz açaraq mədəniyyət işçilərini rəngarəng tədbirlər keçirməyə dəvət etdi. Bundan başqa 31 mart Azərbaycanlıların Soyqırımı gününün anılması və gənc nəslə çatdırılması barədə tövsiyyələrini verdi.

 

Seminar-müşavirənin rəsmi hissəsindən sonra Mədəniyyət Mərkəzinin filialı olan Hacallı kənd Folklor klubunun özfəaliyyət kollektivi 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş “Qadınlar başımızın tacıdır” adlı konsert proqramını təqdim etdi. İlk musiqi çələngini ansamblın solisti Vüsal Mirzəyev təqdim etdi. Ansamblın solisti Elçin Məmmədov “Ruhani” aşıq havası ilə tamaşaçılara xoş anlar yaşatdı. Bundan başqa Ansamblın solistlərindən Ramin Mikayılov “Şuşanın dağları” mahnısını, Ziyəddin Salmanov “Dilkeş təsnifi”ni təqdim etdilər. Nofəl İslamovun qarmonda ifa etdiyi “Türkün bayrağı” musiqisi alqışlarla qarşılandı. Sonda Hacallı kənd Folklor klubunun müdiri Xəqani İmanov yaradılan şəraitə görə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi İlyas Hacıyevə, Regional İdarəsinin məsləhətçisi Validə Nabatovaya və Bərdə rayon Mədəniyyət Mərkəzinin direktoru Gülbəs Məmmədovaya dərin təşəkkürünü bildirdi.

 

44.1 KB