Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Yevlax şəhər Yaradıcılıq evi

Yevlax şəhər Tütün Fermentləmə Zavodunun klubu 1957- ci ildə inşa olunmuş və iclas zalı kimi fəaliyyətə başlamışdır. 1993- cü ildən 2 saylı mədəniyyət evi satusu adını almışdır.Bina iki mərtəbəlidir, ərazisi 1500 m2- dir. 1966- cı ildən dram özfəaliyyət kollektivi , 1977- ci ildən “Xalq” teatrı adını almışdır. 1978- ci ildə “Teatr Baharı-78” baxış müsabiqəsinin laueratı olub.27 kiçik,1 böyük medalla təltif olunub. Bundan başqa Azərbaycan Teatr Cəmiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin və eləcədə Rayon rəhbərliyi tərəfindən “Fəxr Fərmanlar” “Diplom”larla  təltif olunub. Səhnəsində indiyə qədər 60 yaxın əsərlərə səhnə təbəssümü vermişdir. “Kukla”Xalq teatrı 1996- cı ildən özfəaliyyət kimi fəaliyyətə başlamışdır.2000- ci ildə isə “ Xalq” statusuna layiq görülmüşdür. Yarandığı gündən bu günü qədər 20 yaxın nağıl və pyeslər səhnəyə qoyumuşdur.Müsabiqe iştirakçısı olmuş Mədəniyyət Nazirliyi tərərfindən və Rayon rəhbərliyi tərəfindən Fəxri Fərmanla tərtif olumuşlar.2015- ci ildən Şəhər Yaradıcılıq evi kimi fəaliyyət göstərir.Şəhər əhalisinə mədəni kütləvi tədbirlər və asudə vaxtın səmərəli təşkili təmin edilir. Şəhər Yaradıcılıq evinin 7-dərnək, 77-üzvü var.

1.Bəşir Səfəroğlu adına “Xalq” teatrının iştirakçısı -16, bədii rəhbəri Əliyeva Türkan Fikrət qızı

2. Kukla “Xalq” teatrının iştirakçısı -12 bədii rəhbəri Adgözəlova Zöhrə Urmu qızı

3.”Ocaq” yaradıcılıq birliyinin iştirakçısı -10 bədii rəhbəri Rüstəmova Almaz Məmməd qızı

4.”Poeziya” dərnəyinin iştirakçısı -8 bədii rəhbəri Əliyev Qurban Həmzə oğlu

5.”Səda” dram dərnəyinin iştirakçısı -8 bədii rəhbəri Mustafayeva Salatın Həmid qızı

6.”Tək ifaçılıq” dərnəyinin iştirakçısı -6 bədii rəhbəri Həsənova Fəridə Nadir qızı

7.”Pöhrə” usaq özfəaliyyət dərnəyinin iştirakçısı -17 bədii rəhbəri Hüseynov Rəşad Telman oğlu

Ünvan:
Yevlax şəhər Heydər Əliyer prospekti 45
Telefon:

+994-22-336-10-90

 

631.5 KB