Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Yevlax şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Kitabxananın  yaranma  tarixi - 1935 - ci il
Sahəsi - 782 kv.m
Fondu - 72240 nüsxə
Oxucusu - 3120 nəfər

Şöbələri:
1. Oxuculara  xidmət  şöbəsi
2. Metodika  və  biblioqrafiya  şöbəsi
3. Komplektləşdirmə  və  kitabişləmə  şöbəsi
4. Uşaq  şöbəsi
5. Kitabxana - biblioqrafiya  proseslərinin  avtomatlaşdırılması  şöbəsi
6. İnformasiya - resurs  şöbəsi
Yevlax şəhər Mərkəzi  Kitabxanası  öz işini günün tələbləri  səviyyəsində  qurur. Belə ki,  kitabxanada mütəmadi olaraq əlamətdar günlərlə bağlı,  yazıçı və şairlərin  doğum və anım günlərinə  həsr olunmuş, söhbətlər,dəyirmi masalar oxucu konfransları  və digər  tədbirlər təskil olunur. Eyni zamanda, işğal olunmuş rayonlarımızın tarixi, erməni vəhşiliyi  haqqında, Qarabağ  döyüşlərində qəhrəmanlıq  göstərmiş igid oğullarımızla bağlı müxtəlif  adda tədbirlər həyata keçirilir. Yaşlı və fiziki cəhətdən  çətinliyi olan insanlara kömək məqsədilə  kitabxananın  əməkdaşları  yerlərdə olub, onların arzu istəklərinə uyğun səyyar kitabxana  xidməti  göstərirlər.  Hər il Xalqımızın  böyük oğlu, Ulu Öndər Heydər Əliyevin doğum günü  ilə əlaqədar ölkəmizin  hər yerində  olduğu kimi  Yevlax şəhər Mərkəzi  Kitabxanasında da ənənəvi Kitab Bayramları  keçirilir. Uşaqlarda  kitabalara, mütaliəyə marağı artırmaq  məqsədilə  kitabxana işçiləri tez- tez uşaq bağçalarında,  orta məktəblərdə olurlar. Yay aylarında əhalinin  asudə vaxtının  səmərəli  keçirilməsi məqsədilə  parklarda, istirahət məkanlarında bir-  birindən  maraqlı tədbirlər həyata keçirilir.

Ünvan:
Yevlax şəhəri
Telefon:

+994-22-336-04-25

E-mail:

vusala.mammadova.76@mail.ru

Url:
yevlakh.cls.az

 

319 KB