Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Mingəçevir şəhər Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbi

Mingəçevir şəhər 2 nömrəli uşaq musiqi məktəbi 1991-ci ildə yaranıb, həmin vaxtdan da fəaliyyət göstərir və Bülbülün adını daşıyır. Məktəbdə 3 şöbə -fortpiano, xalq  çalğı alətləri şöbəsinin nəzdində tar, qarmon, nağara, səs, saz,  nəzəriyyə şöbələri fəaliyyət göstərir.

2 nömrəli uşaq musiqi məktəbi uşaqlara musiqi sahəsində ilkin təhsil verir. Azərbaycan xalq, klassik və dünya incəsənətinin ən yaxşı nümunələri əsasında uşaqları formalaşdırır. Məktəb böyüməkdə olan nəslin mənəvi estetik tərbiyəsinin inkişafına daim xidmət edir. Məktəb qarşıya qoyulmuş vəzifələri yerinə yetirmək üçün ümumtəhsil məktəbləri və valideynlərlə sıx əlaqə saxlayır. Məktəbdə keçirilən bütün tarixi və əlamətdar günlərə dair tədbirlərin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsinə və dünyəvi görüşlərin yüksək səviyyədə qurulmasına yönəlmişdir.

Hər il məktəbdə 4-5 dəfə pedaqoji  şura keçirilir. Pedaqoji şurada tədris  işi ilə əlaqədar  olaraq müxtəlif məsələlər müzakirə edilir.

Məktəbimizin şagirdləri hər il Respublikanın müxtəlif  bölgələrində keçirilən  müsabiqələrdən uğurla qayıtmış, həmçinin dəfələrlə  müsabiqənin Fəxri diplomuna layiq görülmüşlər. 

Ünvan:
Mingəçevir şəhəri, Naxçıvan küçəsi 25
Telefon:

+994-24-276-11-65

E-mail:

bulbul.mm.68@mail.ru

 

100.9 KB