Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Bərdə rayon 13 nömrəli Hüseynbəyli kənd kitabxana filialı

13 nömrəli Hüseynbəyli kənd kitabxana filialı 1988-ci ildən fəaliyyət göstərir. Kitabxananın kitab fondu 6536 nüsxədir. Kitabxanada olan ədəbiyyatın 6042 nüsxəsi Azərbaycan dilində,  494 nüsxəsi xarici dillərdədir. Kitabxana il ərzində 440 nəfərdən yuxarı oxucuya xidmət göstərir.

Milli mənəvi dəyərlərin qorunması və təbliğinin mühüm hissəsi, mədəni-maarif müəssisələrinin üzərinə düşür. Bu məqsədlə kitabxanada “Keçmişi yaşadaq, gələcəyi quraq” adlı müzakirələr təşkil edilir. Bu gün erməni qəsbkarlığı nəticəsində dağıdılmış, məhb edilmiş abidələr, onların bu günkü taleyi barədə əhaliyə məlumat vermək məqsədilə müxtəlif məzmunlu tədbirlər keçirir. II dünya müharibəsi veteranları, Qarabaq müharibəsi iştirakçıları, kəndin şəhid oğullarının ailələrinin iştirakı ilə tədbirlər təşkil edilir. Eyni zamanda kitabxanada kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğul olan əhaliyə sistem daxili mübadilə yolu ilə kitabxana xidməti göstərilir.

Bununla yanaşı əlamətdar tarixi günlərə, aktual məsələlərə, görkəmli şəxsiyyətlərin yubileylərinə həsr edilmiş tədbirlər keçirməklə yanaşı, kitab təbliği məqsədilə kitab sərgiləri, tövsiyə siyahıları, kitab təqdimatları təşkil olunur.

Ünvan:
Bərdə rayon Hüseynbəyli kəndi

 

94.2 KB