Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Bərdə rayon 28 nömrəli Böyük Göyüşlü kənd kitabxana filialı

28 nömrəli Böyük Göyüşlü kənd kitabxana filialı 1954- cü ildən fəaliyyət göstərir. Kitabxananın kitab fondu 3763 nüsxədir. Kitabxana fondunda toplanan ədəbiyyatın 3661nüsxəsi Azərbaycan dilində,  97 nüsxəsi xarici dillərdədir. Kitabxana  il ərzində  598 oxucuya xidmət göstərir. Kitabxana əhalinin asudə vaxtının səmərəli təşkili və kitab təbliği məqsədilə müxtəlif məzmunlu kütləvi tədbirlər hazırlayıb keçirir. Kənd  əhalisinin əksəriyyəti əkinçilik, pambıqçılıq və maldarlıqla məşğul olur. Bu məqsədlə kənd təsərrüfatı ilə məşğul olan əhalini maarifləndirmək məqsədilə mövzu kartotekaları,  məlumat bülletenləri  tərtib edir. Bununla yanaşı milli –mənəvi dəyərlərimizin, vətənpərvərlik  tərbiyyəsinin, tarixi köklərimizin təbliği məqsədilə müxtəlif məzmunlu tədbirlər hazırlanır.

Kitabxananın əsas məqsədi kitabları təbliğ etməkdir. Bu məqsədlə kitab müzakirələri, kitab təqdimatları və sərgilər təşkil edir.

Ünvan:
Bərdə rayon Böyük Göyüşlü kəndi

 

161.6 KB