Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Bərdə rayon Əyricə kənd kitabxana filalı

23 saylı Yeni Əyricə kənd kitabxana filialı 1957- ci ildən fəaliyyət göstərir. Kitabxananın kitab fonduna 10711 nüsxə ədəbiyyat toplanmışdır. Həmin ədəbiyyatın 9797 nüsxəsi Azərbaycan dilində, 914 nüsxəsi isə xarici dillərdədir. Kitabxana il ərzində 660- dan yuxarı oxucuya xidmət göstərir. Kitabxananın formalaşması onların qarşısında duran vəzifələrə, kitabxananın yerləşdiyi ərazinin xüsusiyyətlərinə, oxucu kontengentinin sosial və elmi –mədəni tələblərinə uyğun olaraq aparılır. Yeni Əyricə kənd kitabxana filialı öz işini həmin ərazinin iqtisadi inkişafının təbliğinə kömək məqsədi istiqamətində qurur. Belə ki, kənd əhalisinin əsas məşğuluyyəti heyvandarlıq və əkinçilik olduğundan kənd təsərrüfatının bu sahəsində çalışan mütəxəssislər üçün ədəbiyyatın təbliğini həyata keçirilir. Kitabxana kənd təsərrüfatının müxtəlif sahələrinə dair yeni ədəbiyyatların sərgisini təşkil edir. Bununla yanaşı milli –mənəvi dəyərlərimiz, insan hüquqlarının təbliği, gənclər arasında pis vərdişlərə qarşı mübarizəyə, diyarşünaslıq işinə həsr edilmiş tədbirlər keçirir. Kitabxana hərbi vətənpərvərlik tərbiyyəsinin təbliğinə, Qarabağ münaribəsinə, ölkəmizin tarixinə həsr edilmiş tədbirlər keçirir. Kitabxanada elektron nəşirlərin təbliğini və istifadəsini təşkil edir.

Ünvan:
Yevlax rayon Əyricə kəndi

 

212 KB