Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Bərdə rayon Cicimli kənd 8 saylı kitabxana filialı

8 saylı Cicimli kənd kitabxana filialı 1968- ci ildən fəaliyyət göstərir. Kitabxananın kitab fondu 7460 nüsxədir .Bunlardan 7264 nüsxəsi Azərbaycan dilində, 176 nüsxəsi isə xarici dillərdədir. Kitabxana il ərzində 766 nəfər oxucuya xidmət göstərir. Kitabxana əhalinin bütün təbəqələrinə xidmət göstərir. Kitabxananin yerləşdiyi ərazinin əhalisinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdən ibarətdir. Kitabxana bunu nəzərə alaraq bu sahədə çalışan əməkçilərə xidmət işini təşkil edir. Bu məqsədlə məlumat bülletenləri, kartotekalar tərtib edir, onlara mövsümlə əlaqədar olaraq səyyar xidmət işini təşkil edir. Bununla yanaşı kitab təbliğinə, aktual məsələlərə, hərbi vətənpərvərlik tərbiyyəsinə, milli-mənəvi dəyərlərimizə həsr edilmiş tədbirlər hazırlayıb keçirir. Tədbirlərin keçirməsində məqsəd gənclərin kitabxanaya cəlb edilməsidir. Kitabxanada eyni zamanda əhalinin asudə vaxtının təşkili məqsədilə uçadan oxular, kitab müzakirələri, kitab təqdimatları və s. tədbirlər keçirir.

Ünvan:
Bərdə rayon Cicimli kəndi

 

279.5 KB