Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Bərdə rayon Kələntərli kənd Mədəniyyət evi

Kələntərli kənd Mədəniyyət evi 1964-cü ildən fəaliyyət göstərir. Oturacaq yerlərinin sayı 300 nəfərlikdir. Mədəniyyət evində iki dərnək fəaliyyət göstərir. Özfəaliyyət dərnəyi və rəqs dərnəyi. Hər birinin 12 nəfər üzvü var. Mədəniyyət evi əhalinin asudə vaxtının səmərəli keçməsi üçün  iş planına uyğun olaraq öz işini qurur. Belə ki, mədəniyyət işçiləri əlamətdar günlərlə bağlı tədbirlər,  anım günləri,  görkəmli şəxsiyyətlərin  yubiley gecələri, konsertlər təşkil edir, mədəni xidmət işini yüksək şəkildə həyata keçirirlər. Mədəniyyət evi  ən çox  gənclərlə iş aparır. Gənlərin vətənpərvər ruhda yetişmələri üçün  gənclərlə müharibə veteranlarının görüşü , gənclərlə şəhid ailələrinin görüşü təşkil edilir. 

Ünvan:
Bərdə rayon Kələntərli kəndi

 

67.8 KB