Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Bərdə rayon Qaraqoyunlu kənd Mədəniyyət evi

Qaraqoyunlu kənd mədəniyyət evi 1975-ci ildən fəaliyyət göstərir.  Mədəniyyət evində oruracaq yerlərinin sayı 170 nəfərlikdir.  Mədəniyyət evində 2 dərnək fəaliyyət göstərir. İdman sağlamlıq klubu, özfəaliyyət dərnəyi. Hər birinin 10 nəfər üzvü var. Əlamətdar günlər, anım mərasimləri,  asudə vaxtın səmərəli  təşkili, görüş , söhbət, hərbi vətənpərvərliklə bağlı gənclərlə tez-tez görüşlər keçirilir. Bundan başqa görkəmli şəxsiyyətlərin yubileyləri ilə əlaqədar   tədbirlər, narkomaniyaya qarşı mübarizə  aparmaq məqsədilə  gənclərlə  sahə müvəkkilinin görüşü təşkil edilir. Mədəniyyət evinin işçiləri  məktəblə sıx əlaqəli işlərini qurur. Qaraqoyunlu kənd mədəniyyət evi rayonda keçirilən bütün tədbirlərdə yaxından  iştirak edir. 

Ünvan:
Bərdə rayon Qaraqoyunlu kəndi

 

58.9 KB