Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Region haqqında
İqtisadiyyat

Bərdə

Rayonun ərazisi 957 kv. km-dir. Məşğul əhalinin əsas hissəsi aqrar sahədə, rayonda fəaliyyət göstərən pambıq zavodlarında, ətkəsmə müəssisəsində, süd emalı zavodunda, Tikiş fabrikində və digər istehsal, ticarət, ictimai iaşə və məişət xidməti sahələrində çalşır.
Rayon 35 inzibati ərazi dairəsindən ibarətdir.
Rayonun ərazisində 62 idarə və təşkilat, 17 sənaye müəssisəsi, 1 ətkəsmə müəssisəsi, 2 çörək zavodu, 10 özəl bank filialları, 3 özəl bank şöbələri, 2 kredit ittifaqları, 6 bank olmayan kredit təşkilatları, 2 sığorta təşkilatı, 2 post terminal, 1 avtovağzal, 1 dəmir yol vağzalı fəaliyyət göstərir.
Hazırda rayonda məşğul olan əhalinin 804 nəfəri sənayedə, 52988 nəfəri kənd təsərrüfatı və meşə təsərrüfatında, 568 nəfəri tikintidə, 445 nəfəri nəqliyyat və rabitədə, 6982 nəfəri təhsil, mədəniyyət və incəsənətdə, 169 nəfəri mənzil-kommunal təsərrüfatda, əhaliyyə məişət xidmətində, 1801 nəfəri səhiyyədə, bədən tərbiyyəsində və sosial təminatda, 5492 nəfəri ticarətdə və ictimai iaşədə, maddi-texniki təchizat və satışda, tədarükdə, 172 nəfəri kreditləşmə, maliyyə və sığortada, 898 nəfəri idarəetmə orqanlarının aparatında, 1556 nəfəri digər sahələrdə çalışırlar.

2013-cü ilin birinci yarısında rayonda 165,9 milyon manat dəyərində ümumi məhsul, o cümlədən 5,4 milyon manat dəyərində sənaye, 61,9 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilmiş, 61,6 milyon manat dəyərində tikinti-quraşdırma işləri görülmüş, əsas kapitala 56,8 milyon manat investisiya yönəldilmiş, əhaliyə 2,8 milyon manat nəqliyyat, 0,4 milyon manat rabitə, 33,7 milyon manat ticarət xidmət göstərilmişdir. 2012-ci ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışının həcmi 41,2 faiz, sənaye məhsulunun həcmi 11,3 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 1,0 faiz, əsas kapitala yönəldilmiş investisiyalar 44 dəfə, tikinti-quraşdırma işlərinin həcmi 33,3 dəfə, nəqliyat xidməti 2,9 faiz, ticarət xidməti 13,2 faiz artmışdır. Göstərilən dövrdə bir nəfərin orta aylıq əmək haqqı 3,5 faiz artaraq 225 manata, adambaşına gəlirlər 13,6 faiz artaraq 22997,8 manata çatmışdır.
Əhalinin fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək üçün rayon ərazisində 14 yarımstansiya, 2010 güc qidalandırıcı transformator var. 2013-cü ilin birinci yarısında 32 ədəd 10 kv-luq, 56 ədəd 0,4 kv-luq yeni beton dirəklər basdırılmış, 220 metr SİP kabel çəkilmiş, 379 ədəd yeni sayğac quraşdırılmış, 20 ədəd 10/0,4 kv-luq transformator yarımstansiyası, 7,5 km 10 kv-luq və 9,28 km 0,4 kv-luq elektrik hava xətləri əsaslı, 24 ədəd 10/0,4 kv-luq transformator yarımstansiyası, 9,0 km 10 kv-luq hava xətləri, 7,9 km 0,4 kv-luq hava xətləri cari təmir edilmiş, 1 saylı 6.3 MVA trnsformatorun 110 kv-luq giriş, 4 ədəd müxtəlif markalı yağ açarı müasir tipli yağ açarları ilə əvəz olunmuş, 110/35/10 kv-luq Bərdə yarımstansiyasından 10 kv-luq 5 saylı kənd hava xəttinin Alaçadırlı kəndi ərazisində 1 ədəd 10-luq dəmir-beton dayaq əkilmiş, 110/35/10 kv-luq Bərdə yarımstansiyasından qidalanan 35/10 kv-luq elektrik verilişi xətlərinin 120 metr hissəsi yenidən quraşdırılmış, 110/35/10 kv-luq Bərdə yarımstansiyanın 1 saylı 110 kv-luq 6.3 mva transformatoru, həmin yarımstansiyadan çıxan 35 kv-luq II Bərdə və III Bərdə hava xətlərinin yarımstansiyaları cari, 35/10 kv-luq Şirvanlı yarımstansiyadan çıxan 4 saylı kənd hava xəttinin 10 kv-luq yağ açarı, 110 kv-luq II Bərdə hava xəttinin 1 km hissəsi əsaslı təmir edilmiş, 35/10 kv-luq Xam Torpaq yarımstansiyasında yenidənqurma və genişləndirmə işləri görülərək 2,5 mva transformator yarımstansiyası 10 mva transformatorla əvəz edilmiş, 4 ədəd 10 kv-luq KRN-10 avadanlığı, 1 ədəd vakkum açarları quraşdırılmış,35/10 kv-luq H.Aslanov və Mustafaağalı yarımstansiyalarında transformatorlar təmir olunmuş və 10 kv-luq mühafizə kabelləri dəyişdirilmiş, 522 ədəd qüsurlu sayğac yenisi ilə əvəz edilmişdir.
Rayonda qazlaşdırılmış 53 yaşayış məntəqəsi fasiləsiz olaraq təbii qazla təmin edilir. Dövlət Proqramı çərçivəsində 2013-cü ilin birinci yarısında müxtəlif diametrlı 192,9 km qaz kəmərləri çəkilərək 10 kənd - Ərəblər, Qaraqoyunlu, Hüseynbəyli, Şərəfli, Uğurbəyli, Alaçadırlı, Yeni Əyricə, Piyadalar, Xanərəb, Çəmənli, Kərimbəyli, Kətəlparaq, Əliyanlı və Şahvəlilər kəndləri qazlaşdırılmış, Sərkarlar kəndi istiqamətdə 12 km, Məmmədli kəndi istiqamətində 5 km, Lənbəran kəndi istiqamətində 22 km uzunluqda müxtəlif diametrli daşıyıcı qaz kəmərləri çəkilmiş, 3335 abonentə təbii qaz verilmişdir. Hazırda Qaradəmirçi kəndində Qazpaylayıcı Stansiya tikilir, 5 kənddə qazlaşma işləri aparılır.
Rayonda içməli su təchizatının yaxşılaşdırılması üçün müvafiq tədbirlər həyata keçirilir. 2013-cü ilin altı ayı ərzində 24 subartezian quyusunun elektrik sayğacları elektron tipli sayğaclarla əvəz edilmiş, 6 quyunun - Gəncə, Nüşabə, S.Vurğun, K.Zahidov, Bakı küçələrindəki və Zümürxan kəndindəki subartezian quyularının dərinlik nasosları yenisi ilə əvəz edilmiş, 36 quyunun dərinlik nasosları əsaslı təmir edilmiş, 210 ədəd su sayğacı quraşdırılmışdır. Hazırda Bərdə şəhərinin ətraf 9 kəndlə birlikdə su və kanalizasiya sisteminin tikilməsi üçün tədbirlər görülür. 
Rayonda 1 şəhər və 39 kənd EATS-ləri vasitəsilə rabitə xidməti göstərilir. 01.07.2013-cü il tarixə rayonda 17753 ədəd telefon var, geniş zolaqlı internet istifadəçilərinin sayı 5180-dir.
Rayon ərazisində 72 km respublika əhəmiyyətli və 247 km yerli əhəmiyyətli avtomobil yolları, 23 körpü var. Yolların 122,5 km-i asfalt, 64 km-i qara örtüklü və 132,5 km-i çınqıl örtüklüdür.
Rayon ərazisindək keçən Bərdə-Tərtər avtomobil yolu asfaltlaşdırılır.
Rayon ərazisindən Bakı-Xankəndi dəmir yolu keçir.