Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Region haqqında
İqtisadiyyat

Yevlax

Yüngül sənaye

Yevlax iri kənd təsərrüfatı rayonu olmaqla yanaşı, həm də sənaye şəhəridir. Keçən əsrin 70-80-ci illərində ümumilli liderimiz Heydər Əliyevin qayğı və diqqəti sayəsində bir sıra sənaye müəssisələri tikilib istifadəyə verilmişdir və 80-ci illərin əvvəllərində sənaye məhsulları istehsalının həcminə görə Yevlax respublikanın 3-cı şəhəri idi.
Azərbaycan xalqının xilaskarı, ümumilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyəiə qayıdışından sonra yaradılmış ictimai-siyasi sabitlik, həyata keçirilən islahatlar, özəlləşdirmə Yevlaxda da sənaye sahələrinin inkişafına münbit şərait yaratmış 2004-cü ildən başlayaraq və çoxlu sayda sənaye müəssisələri tikilib istifidayə verilmişdir. Tam gücü ilə işə düşdükdən sonra 700-750 nəfərin daimi işləyəcəyi «Lalə-Tekstil» MMC, müxtəlif çeşidli mebellər istehsal edən Mebel fabriki, ildə 30 milyon ədəd kərpic istehsal edən «Dan» Kərpic zavodu, Makaron sexi, Çörək sexi, Konserv sexi, Akkumlyator təmiri və istehsalı sexi saatda, 60 ton və 160 ton asfalt istehsal edən iki Asvalt-Beton zavodu, Dəmir-Beton zavodu son iki ildə tikilib istifadəyə verilmişdir. Həmin müəssisələrdə ən müasir texnoloji avadanlıqlar quraşdırılmış və rəqabətə davamlı yüksək keyfiyyətli məhsullar istehsal olunur.
Şəhərdə uzun müddət fəaliyyət göstərmiş və son 15 ildə fəaliyyətini dayandırmış Yevlax-Təmir ASC-nin işi 2004-cü ildə bərpa edilmişdir. Bu müəssisədə hər cür kənd təsərrüfatı texnikası təmir edilib sazlanır və qeyri-standart avadanlıqlar istehsal olunur. «Yevlax-Qida» MMM-də yeni istehsal sahələrinin yaradılması istehsalın modernləşməsi hesabına istehsalın həcmi xeyli artırılmışdır. Hazırda müəssisədə pivə, limonad, şirələr istehsal olunur, mineral su qablaşdırılır.
Hazırda tikintisi sürətlə davam edən və yaxın vaxtlarda istifadəyə veriləcək, bölgədə ən böyük sənaye müəssisəsi olacaq «Gilan» dəri emalı və dəri məmulatları zavodunun işə düşməsi nəticəsində şəhərin sənaye gücü xeyli artacaq və 650-700 nəfər yevlaxlı özünə daimi iş yeri tapacaqdır.
Gələcəkdə işə salınacaq və yeni tikiləcək müəssisələr hesabına şəhərin sənaye potensialı daha da artacaqdır.

Kənd təsərrüfatı

Yevlax böyük sənaye şəhəri olmaqla bərabər eyni zamanda Respublikanın iri kənd təsərrüfatı rayonlarından biridir.
Respublika Prezidenti möhtərəm cənab İlham Əliyevin «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı» (2004-2008-ci illər) haqqında imzaladığı Fərman Aqrar sahənin intensiv inkişafına güclü təkan vermiş, yeni perspektivlər açmışdır.
Aparılmış torpaq islahatından sonra rayonun istifadəsində olan 141743 hekatar torpaq sahəsinin 60450 hektarı Dövlət mülkiyyətinə, 47966 hektarı Bələdiyyə mülkiyyətinə, 33453 hektarı isə xüsusi mülkiyyətə verilmişdir. Xüsusi mülkiyyətə verilmiş torpaq sahəsinin 30228 hektarı pay torpağı 3225 hektarı isə həyətyanı torpaq sahələridir.
Rayon üzrə 81238 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi vardır ki, bunun da 31416 hektarı əkin dövriyyəsində olan, 38256 hektarı isə suvarılan torpaqlardır.
Rayonda kənd təsərrüfatı sahəsində 68 kəndli fermer təsərrüfatı, 5 kooperativ, 8 kiçik müəssisə, Baytarlıq idarəsi, Baytarlıq laboratoriyası, Aqrokimya laboratoriyası, Yuxarı Qarabağ kanalı istismar idarəsi, Yuxarı Şirvan kanalı istismar idarəsi, Yuxarı Şirvan irriqasiya meşə təsərrüfatı idarəsi, Suvarma sistemləri idarəsi, 8 Suvarma Assosasiyası fəaliyyət göstərir. Bundan əlavə Regional «Aqroservis» və Təchizat bazası «Aqrotexnika» Məhdud məsuliyyətli cəmiyyət kənd təsərrüfatına xidmət edir.
Rayonun torpaqlarının əsas suvarma mənbəyi Kür çayı, Yuxarı Qarabağ kanalı, Yuxarı Şirvan kanalı, qismən Tər-tər və Əlican çaylarının su hövzələri və subartezian quyularıdır.
2006-cı ildə rayon üzrə 40307 ton taxıl, 4646 ton kartof, 12168 ton tərəvəz, 20403 ton bostan məhsulları istehsal edilmişdir.
Cari ildə 2046 hektar pambıq, 430 hektar sahədə Günəbaxan, 17 hektar sahədə çəltik, 97 hektar sahədə qarğıdalı, 176 hektar sahədə şəkər çuğunduru əkilmişdir. Rayon üzrə 1100 hektar meyvə bağı var. Bu il 100 hektar təzə üzüm bağı salınmışdır.
Bu il Respublikada ilk dəfə olaraq MKT MMC ilə Amerika Birləşmiş ştatlarının «Valmont» İnternasional şirkəti ilə bağlanmış müqavilə əsasında rayonda ən yeni texnologiyalardan istifadə edilməklə tam mexanikləşdirilmiş üsullarla becərilən 700 hektar sahədə pambıq əkilmişdir.
Rayonda iribuynuzlu mal-qaranın sayı 71875 başa, Qoyun və keçilərin sayı 177003 başa, Quşların sayı isə 288924 başa çatdırılmışdır.
Heyvandarlığın yem bazasını möhkəmləndirmək məqsədilə xeyli ərazidə yonca sahəsi əkilmişdir.