Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Region haqqında
Təhsil

Yevlax


Yevlax rayonunda 57 ümumtəhsil məktəbi vardır. Bu məktəblərdə 19054 şagirdə 2456 nəfər müəllim dərs deyir.

Onlardan 39-u orta, 10-u əsas, 8-i ibtidai məktəblərdir. Bu məktəblərdən 10-u şəhərdə, 47-isə rayonun qəsəbə və kəndlərində yerləşir. 2005-2006-cı tədris ilində şəhər 4,5 və 9 saylı orta məktəblər Avropa standartlarına uyğun olaraq timir olunmuş, Qaraoğlan və Duzdaq kəndlərində yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. Azərbaycan Respublikasının I xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu hesabına «Yeniləşən Azərbaycana yeni məktəb» layihəsi çərçivəsində rayonun Hacıselli kəndində 200, Nəmərli kəndində 100 yerlik yeni məktəb binaları inşa olunmuşdur. Hal-hazırda şəhər 6 saylı məktəbdə 280, A.Qarxun kəndində 360, Əkşəm kəndində 120 yerlik məktəb binaları inşa edilir.

Rayonda 26 uşaq baxçası körpələr evi fəaliyyət göstərir. Onlardan 7-si şəhərdə, 19-u kəndlərdə yerləşir. 5 məktəbdən kənar təhsil müəssisəsi vardır. Bunlara daxildir : Uşaq gənclər İdman məktəbi (2), Şahmat məktəbi, Uşaq yaradıcılıq mərkəzi və Texniki yaradıcılıq mərkəzi.